AZ   |   RU
Biz Ukraynanı Rusiyaya hücum etməyə təşviq etmirik- ABŞ
Blinken Kiyevi Rusiyaya hücumtəşvik etmədiklərini bildirib.
 
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Biz Ukraynaya Rusiya torpaqlarında istifadə etmək üçün silah verməmişik" deyib.
 
Biz Ukraynanın öz hüdudlarından kənarda hücumlar təşkil etməsini dəstəkləmirik deyə Prays bildirib. 
 
Xatırladaq ki, bu açıqlamaya oxşar bəyanatı ABŞ dövlət katibi Antoni Blinken də verib.
 
Amerikalı nazir, "Ukraynalıları Rusiyaya hücum etməyə nə təşviq edirik, nə də icazə veririk." deyə bildirmişdir.
Digər tərəfdən Ukraynanı dəstəkləməyə davam edəcəklərinin vurğulayan Blinken,  "ABŞ və müttəfiqləri Kiyev hökumətinə özlərini, torpaqlarını və azadlıqlarını müdafiə etmək üçün lazım olan avadanlıqları təmin etməkdə qərarlıdır" deyib.
 
Aqil Musa
Missiya.Az

  • 7-12-2022, 11:28