AZ   |   RU
İtaliyanın baş naziri Meloni Qərbi Balkanlar qarşısında böyük məsuliyyət daşıdığını deyib
 
İtaliyanın baş naziri Giorgia Meloni Avropa İttifaqı (Aİ) ölkələri olaraq xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra Qərbi Balkanlara qarşı böyük məsuliyyətlər daşıdıqlarını bildirib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu  Albaniyanın paytaxtı Tiranada keçirilən Aİ-Qərbi Balkanlar Zirvə toplantısına qatılan Meloni görüşdən əvvəl mətbuata verdiyi qısa açıqlamasında deyib.

Baş nazir Meloni Qərbi Balkanların Aİ-yə inteqrasiya prosesini dəyərləndirərkən, "Məncə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbi Balkanlar üçün böyük məsuliyyətimiz olduğunu, bu ölkələrin Aİ-yə üzvlük proseslərinin təşviq edilməsinin vacib olduğunu düşünürəm. Bildiyiniz kimi, iqtisadiyyatdan tutmuş kibertəhlükəsizliyə qədər üzərində işləməli olduğumuz bir çox məsələlər var ki, bunlara İtaliya da diqqət yetirir”, -deyə bildirib.

Meloni əlavə edib ki, İtaliyaya etibar etmək olar.

Leyla SƏMƏNDƏR
Missiya.Az

  • 6-12-2022, 17:41