AZ   |   RU
Prezident Rəcəb Tayyib Ərdoğan güclü liderlər sıralamasında üçüncü olub

Rəqəmsal diplomatiya araşdırma qrupu “Twiplomacy” tərəfindən aparılan "Tviter-də Ən Güclü Liderlər" araşdırmasında prezident Rəcəb Tayyib Ərdoğanın profili 2022-ci ildə 2 pillə yüksələrək dünyanın üçüncü ən güclü Tviter hesabı olub.

Missiya.Az Türkiyə KİV-nə istinadən  xəbər verir ki, “wiplomacy World Leader Power Rankings” qeyd edib ki, Twitter-də ən nüfuzlu dünya lideri Hindistanın baş naziri Narendra Modi, onu ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxından izləyir.

Mövzu ilə bağlı “Twiplomacy”-nin tviter hesabında edilən açıqlamalarda ən yüksək səviyyəli dünya liderlərinin Tviterdən qarşılıqlı əlaqə vasitəsi kimi istifadə  etdiyi vurğulanıb.

Aqil Musa

Missiya.Az

 

 

 

  • 6-12-2022, 17:10