AZ   |   RU
“Ukrayna üzrə beynəlxalq tribunalla bağlı məsələ qeyri-legitimdir” – Rusiya XİN

“Ukrayna üçün beynəlxalq məhkəmə yaradılmasını təklif edən Qərb ölkələrinin təşəbbüsü tamamilə qeyri-legitimdir və Rusiya üçün heç bir nəticəsi olmayacaq”. 

Missiya.Az
xəbər verir ki, bu barədə  Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında söyləyib.

Diplomat eyni zamanda belə bir şey üçün pul qoymağın onların hüququ olduğunu və Rusiyanın buna qarışmayacağını deyib.

Bir gün əvvəl isə ABŞ dövlət katibi Entoni Blinken: “ Ukrayna üzrə beynəlxalq tribunalın yaradılması artıq masadadır. Kiyevin bu işlərə görə cinayətkarları məsuliyyətə cəlb edə bilməsi vacibdir”, - deyə bildirmişdi.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 6-12-2022, 16:26