AZ   |   RU
İran istehsalı olan kamikadze dronlar soyuğa davam gətirə bilmir- Ukrayna
Ukraynanın şaxtası İranın kamikadze dronlarını yararsız hala salıb

 
Missiya.Az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Rusiya soyuq havada işləmədiyi üçün noyabrın 17-dən İran istehsalı olan kamikadze dronlardan istifadə etməyi dayandırıb.
 
Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar üzrə Birləşmiş Komandanlığının rəsmisi Yevgeni Silkin Ukrayna müharibəsində istifadə edilən İran pilotsuz təyyarələrinin plastikdən və donmaya davam gətirməyən materiallardan hazırlandığı üçün soyuq havalarda istifadəyə yararsız olduğunu bildirib.
 
İran rejiminin xalqına qarşı repressiyası davam edir. Rejimin zülmünə etiraz edən hər kəs kimliyindən asılı olmayaraq düşmən elan edilir.
 
İsfahanın Sepahan futbol komandasının sabiq məşqçisi Əlirza Mərzban xalqın etirazlarını dəstəkləyən ərdəbilli futbol əfsanəsi Əli Dayinin restoranlarının İran hökuməti tərəfindən bağlanılmasına toxunaraq  "Zülmün qarşısında susmaq olmaz. Dayanmayın!
Bu faşist və diktator rejimi artıq sübut edib ki, öz varlığını qorumaq üçün uşaqların cəsədlərinin üstündən belə keçməyə hazırdır!"deyə xalqa səslənib.
 
Digər tərəfdən etetirazçılar dövlət qurumlarını və yaşayış məntəqələrində artıq nəzarəti ələ ala biliblər.
 
Belə ki,Tehranın Ekbatan yaşayış massivi etirazçıların nəzarətinə keçib.
İranın Ərak şəhərində xalqı əzən yarımhərbi və radikal "Bəsic" qüvvələrin qərargahı yandırılıb. 
 
Həmçinin molla rejimi törətdiyi qətliyamları pərələmək üçün bəsit yollara baş vurur.
 
Repressiv hökumət həbs etdiyi insanları zindanda öldürüb onların xəstələnib öldüyünü iddia edir.
 
Aqil Musa
Missiya.Az

  • 6-12-2022, 10:44