AZ   |   RU
Rusiyadan ABŞ-a bioloji silah ittihamı- Gizli nəsə var
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, ABŞ-ın hərbi və bioloji fəaliyyəti bəşəriyyəti “təhdid edir”.

Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki,  bu sözləri Vyaçeslav Volodin iştirak etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında gündəmdən danışarkən deyib.

Vyaçeslav Volodin bildirib ki, ABŞ-ın hərbi və bioloji fəaliyyəti bütün bəşəriyyət üçün "təhlükə" yaradır.

Rusiyalı ekspertlərin  “ABŞ-ın Ukrayna ərazisində hərbi və bioloji fəaliyyəti ilə bağlı faktları ortaya çıxardığını” bildirən  Volodin iddia edib ki, ABŞ və onun tərəfdaşlarının bu məsələ ilə bağlı “Gizlətdikləri nə isə var” 

Aqil Musa
Missiya.Az

  • 5-12-2022, 18:57