AZ   |   RU
Moskva ABŞ-ı İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb

Moskva ABŞ-ı İrana qarşı bütün sanksiyaları mümkün qədər tez ləğv etməyə çağırıb. 

Missiya.Az
xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Vaşinqton İranla nüvə sazişi ilə bağlı “maksimum təzyiq” siyasətindən əl çəkməyib. Biz Amerika tərəfini bütün qeyri-qanuni anti-İran sanksiyalarını mümkün qədər tez və dönməz şəkildə ləğv etməyə və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin ciddi şəkildə icrasını təmin etməyə çağırırıq”,- deyə o, Moskva Nüvə Silahlarının Yayılmaması Konfransının iştirakçılarına videomüraciətində söyləyib.

Nazirin sözlərinə görə, belə bir addım Tehranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə könüllü öhdəliklərini qarşılıqlı şəkildə “dondurması” ilə müşayiət oluna bilər.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 5-12-2022, 17:59