AZ   |   RU
NATO-nun nüvə silahlarını öz ərazimizdə yerləşdirməyə çalışmırıq- Finlandiya
Dekabrın 5-də Finlandiya hökuməti ölkənin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki,  Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, ölkəsi alyansa daxil olduqdan sonra öz ərazisində NATO-nu nüvə silahlarını yerləşdirmək niyyətində deyil.

NATO-nun  nüvə silahına malik ittifaq olduğunu xatırladan Haavisto bu silahların ABŞ-ın nəzarəti altında olduğunu və onları başqa yerlərdə yaymaq istəmədiyini bildirib.

Finlandiyanın baş diplomatı ölkəsinin nüvə silahı tələbi olmadığını və heç kimin də onlara təklif etmədiyini bildirib.

Aqil Musa
Missiya.Az
 

  • 5-12-2022, 17:57