AZ   |   RU
Bolqarıstanda yeni hökumət formalaşır
 
Oktyabrın 2-də keçirilən ümumi seçkilərdən sonra Bolqarıstan Prezidenti Rumen Radev hökuməti qurmaq mandatını parlamentdə ən böyük qrupa malik olan Bolqarıstanın Avropa İnkişafı Naminə Vətəndaşlar (GERB) partiyasına verib.

Missiya.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Radev bunu  Rəyasət Heyətində keçirilən mərasimdəki çıxışında açıqlayıb.
Hökuməti qurmaq üçün 7 gün olduğunu qeyd edən Radev, "Cəmiyyətin sizdən böyük gözləntiləri var. Ümid edirəm ki, uyğun hökumət formulunu tapacaqsınız"-deyə bildirib.

240 üzvlü parlamentdə 67 yerə sahib olan GERB partiyası Nikolay Qabrovskini baş nazirliyə namizəd kimi irəli sürüb.

Ölkədə 2 ildir siyasi qeyri-sabitlik hökm sürdüyünü qeyd edən Qabrovski iqtisadi və sosial böhranlardan, xüsusilə də siyasi böhrandan çıxmağa çalışacaqlarını vurğulayıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 5-12-2022, 17:02