AZ   |   RU
Noyabrda Rusiyanın əlavə neft və qaz gəlirləri proqnozlardan aşağı düşüb
 
Rusiyanın əlavə neft və qaz gəlirləri noyabrda 90,2 milyard rubl (təxminən 1,5 milyard dollar) azalıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyindən yazılı açıqlama verilib. 

Noyabr ayında sözügedən gəlirlərin 282,8 milyard rubl səviyyəsində gözlənildiyi bildirilən açıqlamada, 176,1 milyard rubl (təxminən 2,8 milyard dollar) əlavə neft və təbii qaz gəlirinin gözlənildiyi diqqətə çatdırılıb. 

Rusiya Maliyyə Nazirliyi bu il ölkənin neft və qaz ixracından əldə edilən əlavə gəlirlərin sanksiyalara görə ehtiyatlara əlavə olunmayacağını, əksinə iqtisadiyyatın dəstəklənməsi üçün istifadə olunacağını açıqlayıb.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 5-12-2022, 16:51