AZ   |   RU
Cənubi Koreya ordusundan Şimali Koreyaya xəbərdarlıq

Cənubi Koreya Şimali Koreya tərəfindən ölkənin dəniz sərhədi yaxınlığındakı şərq və qərb bufer zonalarına 130-dan çox artilleriya mərmisi atdığını bildirib.

Missiya.Az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, artilleriya mərmilərinin atılması 2018-ci il 19 sentyabrda imzalanan ikitərəfli hərbi razılaşmanın pozulması deməkdir.
Cənubi Koreya ordusu Şimali Koreyaya şifahi xəbərdarlıq edərək "müqaviləyə əməl etməyə" çağırıb.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 5-12-2022, 16:19