AZ   |   RU
Rus neftindən hazırlanan məhsullara sanksiya yoxdur - Yaponiya XİN

“G7-nin razılaşdırdığı tavan qiymət mexanizmi digər ölkələrdə Rusiya neftindən hazırlanan neft məhsullarına şamil edilmir”.

Missiya.Az
Rus mətbuatına istinadla xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“Məsələn, əgər Rusiya nefti Koreya Respublikasında emal olunaraq neft məhsullarına çevrilibsə və bu neft məhsulları Yaponiyaya idxal edilibsə, o zaman Koreya Respublikası yuxarıda göstərilən neft məhsullarının mənşə yeri hesab olunacaq”, - nazirliyin sənədində vurğulanıb.

Nazirlik tətbiq edilən tədbirin müvəqqəti olacağını bildirib, lakin bunun nə qədər davam edəcəyi ilə bağlı Yaponiya Xarici İşlər Nazirliyi cavab verməkdə çətinlik çəkib.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 5-12-2022, 16:14