AZ   |   RU
“Əxlaq polisi”nin ləğvindən sonra Tehran küçələri
İranda 3 aydır davam edən rejim əleyhinə aksiyalar nəticəsində “əxlaq polisi” bölməsinin ləğv edildiyi açıqlandıqdan sonra paytaxt Tehran küçələrində vəziyyət tamamilə dəyişib.

Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, İranda 3 aydır davam edən rejim əleyhinə aksiyalar nəticəsində “əxlaq polisi”nin ləğv edildiyi açıqlandıqdan sonra qadınların paytaxt Tehran küçələrində hicabsız gəzdiyi görülüb.
 
Qeyd edək ki,Rəhbərliyə qarşı bütün ölkəni bürüyən bu üsyana tələbələrlə yanaşı dini icmalar, ruhanilər və keçmiş idarəçilər dəstək ifadə etdikdən sonra rəhbərlik geri addım atmalı olub.
 
İranın baş prokuroru Mohammed Cafer Montazeri “əxlaq polisi” bölməsinin bağlandığını elan edib.
 
Aqil Musa
Missiya.Az

  • 5-12-2022, 16:13