AZ   |   RU
Ya qalib gələcəyik, ya da Üçüncü Dünya Müharibəsi başlayacaq- Simonyan

Rusiyada dövlət televiziyasında rus ordusunun Ukraynadakı müharibəsi ilə bağlı təəccüblü ifadələr işlədilib.

Missiya.Az “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan qeyd edib ki, Kiyev Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri alarsa, “yeni və böyük münaqişə” yarana bilər.

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Simonyan çıxışının davamında Üçüncü Dünya Müharibəsindən danışıb.

O,  həır iki ssenariyə hazır olduqlarını qeyd edərək Rusiyanın qələbəsinin olmadığı yerdə Üçüncü Dünya Müharibəsinin olacağını iddia edib. 
 
Aqil Musa
Missiya.Az

  • 5-12-2022, 13:45