AZ   |   RU
Finlandiyadan NATO şərhi- Tarixi verdi
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkəsinin NATO-ya üzvlük prosesini dəyərləndirib onların hərbi alyansa qoşulmaq istəyinin motivini izah edib.

Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Haavisto hər şeyin yazda həll olunacağına çox ümid etdiyini söyləyib.
 
Haavisto qeyd edib ki, Rusiyanın Ukraynaya hücumları və Moskvanın nüvə ritorikası Finlandiyanı NATO-ya üzv olmaq üçün müraciət etməyə sövq edən əsas amillərdir.

Qeyd edək ki, Finlandiyanın baş naziri Sanna Marin daha əvvəl,  Türkiyə ilə bağlı siyasətlərinin həmişə ardıcıl olduğunu, Türkiyənin də NATO üzvlüyünü ən qısa zamanda təsdiq edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Ankara ekstradisiyası tələb olunan şübhəlilərlə bağlı hər iki ölkədən lazımi addımların atılmasını tələb edir.

Aqil Musa
Missiya.Az
 
 

  • 5-12-2022, 12:47