AZ   |   RU
Rusiyanın Ukrayna üzərində qələbəsi digər “təcavüzkar ölkələri” də həvəsləndirə bilər

Rusiyanın Ukrayna üzərində potensial qələbəsi kimlərdəsə yeni ambissiyaları oyandıra bilər.

Missiya.Az xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin deyib.

İlk dəfə ziyarət etdiyi Avstraliyada bir sıra dövlət rəsmiləri ilə görüşən Marin, Sidneydəki beynəlxalq siyasi araşdırma mərkəzi Lowy İnstitutunda etdiyi çıxışda Ukrayna müharibəsinin mümkün nəticələri ilə bağlı fikirlərini bölüşüb.

Baş nazir onu da vurğulayıb ki,müharibədə qalib gələcəyi təqdirdə özünü güclü hiss edən tək ölkə Rusiya olmayacaq və digər ölkələr də eyni gücdən təsirlənə bilər. 

Finlandiyanın Rusiya enerjisindən asılılığını misal gətirən Marin, "Bizim ortaq dəyərlərimizi paylaşmayan rejimlərlə əməkdaşlığa həddindən artıq asılı olmuşuq. Asılılıqlarımız cəmiyyətimizin əsas sahələrində olmasını istədiyimizdən daha tez zəif tərəflərimizə çevrilir”. 

"Məsələn, mikroçiplərə, yarımkeçiricilərə və ya hər hansı kritik texnologiyaya gəldikdə, biz avtoritar ölkələrdən asılı ola bilmərik. Çünki o ticarət yolları birdən-birə kəsilsə, o zaman bizim problemlərimiz olacaq", - Marin bildirib. 

Teymur Aslanov
Missiya.Az

  • 2-12-2022, 17:29