AZ   |   RU
İranda nümayişçilərə ruhanilərdən dəstək
İranın cənub-şərqindəki Zahidan şəhərində, Sistan-Bəlucistan əyalətində cümə namazından sonra ölkə hökumətinə qarşı nümayişlər keçirilib, ruhanilər də dəstək bəyanatı veriblər.

 

Missiya.Az “AA”-ya istinadən xəbər verir ki, İranın Sistan-Bəlucistan əyalətinin cənub-şərqindəki Zahidan şəhərində cümə namazından sonra hökumətə qarşı nümayişlər keçirilib.

Sosial mediada yayımlanan Zahidan şəhərində çəkildiyi anlaşılan görüntülərə görə, cümə namazından sonra Məkki məscidindən çıxan izdihamlı qrup yürüş edərək ölkə hökumətini hədəf alan şüarlar səsləndirib.

Görüntülərdən birində qadınların əllərində pankartlarla “Haclı və ya hicabsız, inqilaba doğru” şüarları səsləndirdiyi görülüb.
Nümayişlərə din xadimlərinin də dəstək verməsi diqqət çəkib.

Aqil Musa
Missiya.Az
 

  • 2-12-2022, 17:18