AZ   |   RU
Litva rus diplomatını arzuolunmaz şəxs elan edib
 
Litva Xarici İşlər Nazirliyi Rusiyanın Vilnüsdəki səfirliyindəki diplomatı “diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətə görə” persona non qrata ("arzuolunmaz şəxs") elan edib. 

Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.

Bəyanatda sözügedən rusiyalı diplomat ölkəni tərk etməli olub. Rusiyanın Ukraynaya hücumlarının başladığı fevralın 24-dən bəri rus diplomatlar dördüncü dəfə Litvadan çıxarılıb.

Ötən ilin aprelində Rusiya ordusundan təmizlənən Ukraynanın Buça şəhərində kütləvi məzarlıqlar və yaxın məsafədən güllələnmiş insanların cəsədləri aşkar edildikdən sonra Litva Rusiya ilə diplomatik nümayəndəlik əlaqələrini dayandırmaq qərarına gəlib və Rusiya səfiri Aleksey İsakovdan ölkəni tərk etməsini xahiş edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-12-2022, 17:00