AZ   |   RU
Cənubi Koreya Şimali Koreyanın silah proqramını maliyyələşdirən 7 şirkət və 8 nəfərə qarşı sanksiya tətbiq edib
 
Cənubi Koreya Şimali Koreyanın nüvə silahı və raket proqramlarını maliyyələşdirmək üçün qeyri-qanuni fəaliyyətlə məşğul olduğu güman edilən 7 şirkət və 8 şəxsə sanksiya tətbiq edib.

Missiya.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyindən bildirilib. 

Nazirlik sanksiyaların keçən ay qitələrarası ballistik raketi sınaqdan keçirən Şimali Koreyadan artan silah təhlükəsinə cavab olaraq tətbiq edildiyini qeyd edib.

Sanksiyalar ABŞ Maliyyə Nazirliyinin Şimali Koreyanın hakim İşçi Partiyasının üç üzvünə ölkənin nüvə və ballistik silahların inkişafını dəstəklədiyinə görə sanksiya tətbiq etdiyini elan etməsindən dərhal sonra tətbiq edilib.

Cənubi Koreya, həmçinin oktyabr ayında Şimali Koreyanın silah inkişafını dəstəkləməkdə ittiham olunan 15 şəxsə və 16 təşkilata sanksiya tətbiq edib.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-12-2022, 15:44