AZ   |   RU
Kremldən Ərdoğan-Əsəd görüşünün bəyanatı- Biz yardım etməyə hazırıq


Kremlin sözçüsü Dmitri Peskov gündəmlə bağlı mətbuat konfransında danışıb.
 
Missiya.Az “RİA”-ya istinadən xəbər verir ki, Dmitri Peskov Rusiyanın vasitəçiliyi ilə Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında danışıqların baş tutması ehtimalının olduğunu bildirib .
 
Jurnalistlərin Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üçün konkret addımların atılıb-atılmaması ilə bağlı sualını cavablandıran Peskov potensial imkanların və Putin tərəfindən son bir neçə ildə sülhü təmin etmək üçün dəfələrlə belə təmasların olduğunu bildirib. 
 
Kremlin sözçüsü görüşün  müsbət qarşılanacağını və təbii ki, Rusiyanın buna hər cür şərait yaratmağa hazır olduğunu söyləyib.

Aqil Musa
Missiya.Az

  • 2-12-2022, 15:31