AZ   |   RU
"Danışanı Xameneyiyə qarşı olmaqda ittiham edirlər" - Təbrizli millət vəkili

"Ümumiyyətlə bizim problemimiz dialoq qaydalarını bilməməyimizdir. Məntiqli cavab verməkdən aciz olan səlahiyyətlilər qarşı tərəfi ölkənin dini rəhbərinin əleyhinə çıxmaqda ittiham edirlər".

Missiya.Az
“Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin Təbrizdən seçilmiş deputatı Məsud Pezeşkian söyləyib. O, bildirib ki, ölkədə müxalif düşüncəyə qarşı dözümsüz davranılır.

Məsud Pezeşkian universitet, parlament, dövlət idarələri və başqa bu kimi yerlərdə yeni fikir irəli sürənlərin rəhbərə qarşı müxalif olmaqda günahlandırıldığını deyib.

Zərintac MAYİSQIZI
Missiya.Az




  • 2-12-2022, 15:19