AZ   |   RU
Rusiyadan yeni raket sınağı


Müdafiə Nazirliyi Qazaxıstanın Sari Şaqan poliqonundan yeni raketin buraxıldığını açıqlayıb.

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Qazaxıstanın Sari Şaqan poliqonunda Rusiyanın hava və raket müdafiə bölmələrinin döyüş komandası tərəfindən yeni raket sınağı həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, raketin  göstərilən hədəfi istənilən zərbə ilə vurduğu bildirilib.

Raketin xüsusiyyətləri barədə məlumat paylaşılmayıb.

Aqil Musa
 Missiya.Az


  • 2-12-2022, 14:57