AZ   |   RU
Fransa qışda elektriksiz qala bilər- Avropada enerji böhranı dərinləşir
 
Fransada qış aylarında elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi səbəbindən bəzi yerlərdə bir neçə saat elektrik enerjisi kəsilə bilər.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu hökumət sözçüsü Olivier Veran qonağı olduğu telekanalda elektrik kəsilməsi halında hökumətin tətbiq edəcəyi müxtəlif ssenariləri müzakirə edərkən bildirib.

Veran qeyd edib ki, dekabrda elektrik enerjisi kəsilməyəcək, lakin yanvarda qışın necə keçəcəyi də hələ bilinmir.

Nazir Veran bəyan edib ki, əgər yanvar ayı çox soyuq keçərsə və vətəndaşlar elektrik istehlakını azaltmasalar, bəzi yerlərdə 1-2 saata qədər elektrik enerjisi kəsilə bilər.

Qeyd edək ki, Fransadakı 56 atom elektrik stansiyasından 26-sı texniki xidmət üçün bağlanıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-12-2022, 14:24