AZ   |   RU
İtaliya yeni ildə Ukraynaya silah yardımını davam etdirəcək

İtaliya hökuməti 2023-cü ildə Ukraynaya silah, texnika və hərbi texnikanın verilməsi ilə bağlı yeni fərmanı təsdiqləyib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Baş nazir Giorgia Melonun sədrliyi ilə axşam saatlarında toplanan Nazirlər Şurası hazırda Ukraynaya silah yardımı göstərən və ilin əvvəlində müddəti başa çatacaq fərmanı müzakirə edib.

Nazirlər Kabinetinin iclasından sonra Baş nazirlikdən edilən yazılı açıqlamada, Baş nazir Meloni, Xarici İşlər Naziri Antonio Tajani və Müdafiə Naziri Guido Crosettonun təklifi ilə Nazirlər Şurası silah tədarükünün uzadılması üçün təcili müddəaları ehtiva edən qanun qəbul edib. 

İtaliya mətbuatının yazdığına görə, son fərmanda Kiyevə qısa mənzilli yer-hava raket kompleksinin verilməsi nəzərdə tutulur.

Parlamentin təsdiqindən keçməli olan 6-cı fərmanla İtaliya hökuməti hər yeni göndəriş üçün parlamentdən icazə istəmədən gələn il ərzində Kiyevə silah verə biləcək.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-12-2022, 14:15