AZ   |   RU
ABŞ-da orduya inam 50 faizdən aşağıdır

ABŞ-da aparılan araşdırmada orduya inamın 50 faizin altında qaldığı müəyyənləşib.

Missiya.Az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu nəticə Kaliforniyada yerləşən Ronald Reyqan Fondunun keçirdiyi sorğu nəticəsində məlum olub.
Fondun noyabr ayında ABŞ-ın müxtəlif ştatlarında keçirdiyi rəy sorğusunda Amerika xalqının 48 faizinin orduya güvəndiyi məlum olub.

2018-ci ildə 70 faiz olan güvən səviyyəsinin son dörd ildə 50 faizdən aşağı düşdüyünü isbat edən araşdırma zamanı iştirakçılardan geriləmənin səbəbləri də soruşulub.

Respondentlərin 62 faizi buna səbəb kimi hərbi komandanlıq səviyyəsinin həddən artıq siyasiləşdirilməsini göstərib.

Orduya getmək istəyib-istəmədiyi ilə bağlı suallara “Mən heç vaxt qoşulmaq istəmirəm” cavabını verənlərin nisbəti 54 faiz olub.

Həmçinin araşdırmada demokratların 73 faizi, respublikaçıların isə 51 faizi Ukraynaya yardımın davam etdirilməsini dəstəklədiyini bildirib.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-12-2022, 14:12