AZ   |   RU
ABŞ Cənubi Koreya və Yaponiya ilə hərbi əməkdaşlığı genişləndirir -Cek Sallivan
 
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan Şimali Koreyaya qarşı konkret tədbirləri effektiv şəkildə həyata keçirmək üçün Cənubi Koreya və Yaponiya ilə çalışdıqlarını bildirib.

Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi mlumat yayıb.

Sallivan Cənubi Koreyanın paytaxtı Seulda keçirilən foruma onlayn şəkildə qatılıb.

ABŞ-ın strateji imkanlarının bölgədə daha çox görünə biləcəyini qeyd edən Sallivan Seul-Vaşinqton Genişləndirilmiş Çəkindirmə Strategiyası və Məsləhət Qrupunun (EDSCG) işinin davam etdirilməli olduğunu bildirib.

ABŞ-ın Seul və Tokio hökumətləri ilə "genişlənmiş çəkindirmə" mövzusunda danışıqları davam etdirəcəyini qeyd edən Sallivan, ikitərəfli və çoxtərəfli formatlarda dəqiq nüvə silahları məsələsində müttəfiqlərlə daha dərindən düşünəcəyini vurğulayıb.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 1-12-2022, 17:52