AZ   |   RU
İspaniyada silah zavoduna partlayıcı maddələr olan zərf göndərilib
 
İspaniyada Ukraynanın Madriddəki səfirliyinə göndərilən və bir zabiti yaralayan partlayıcı maddə olan oxşar zərfin Saraqosa şəhərindəki silah fabrikinə də göndərildiyi bildirilib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə  İspaniya Milli Polisindən açıqlama verilib.

Zərf açılmamışdan əvvəl təhlükəsizlik qruplarına məlumat verildiyi və araşdırmada Ukraynanın Madriddəki səfirliyinə göndərilənə bənzər kiçik həcmli əldəqayırma partlayıcının olduğu müəyyən edilib.

Qeyd olunub ki, polis Saraqosadakı silah zavodu ilə Ukraynanın Madriddəki səfirliyinə göndərilən zərflər arasında əlaqənin olduğunu güman edib.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 1-12-2022, 16:03