AZ   |   RU
İstənilən sülh danışıqları Ukrayna hakimiyyətinin razılığı ilə aparılmalıdır- Polşa Prezidenti

"Biz sərhədlərin məcburi dəyişdirilməsini təsdiq edəcək heç bir razılaşmanı qəbul edə bilmərik. İstənilən sülh danışıqları Ukrayna hakimiyyətinin razılığı ilə aparılmalıdır".

Missiya.Az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri Polşa prezidenti Anjey Duda deyib.

Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının iclasında çıxış edən Duda Rusiyanın Ukraynaya qəddarcasına hücum etdiyini bildirib.

Bu təcavüzün Polşanın ATƏT-ə sədrliyində öz izini qoyduğunu bildirən Duda, "Təəssüflər olsun ki, ATƏT-ə üzv ölkələrdən biri olan Rusiya bütün qaydaları vəhşicəsinə pozdu. Heç bir şübhə yoxdur ki, Rusiya siyasətindən güzəştə gedə bilməyən cinayətkar bir dövlətdir”,- ifadələrini işlədib.
Ukraynada mülki şəxslərin planlı şəkildə öldürüldüyünü iddia edən Duda buna göz yummayacaqlarını vurğulayıb.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 1-12-2022, 15:54