AZ   |   RU
Əfqanıstanda 6 milyon insan ərzaq çatışmazlığı ilə üzləşib- BMT

"Bizə qışa hazırlıq işlərinə dəstək üçün 768 milyon dollar, ilin sonuna qədər isə 614 milyon dollar lazımdır. Biz il boyu maliyyələşmə üçün mübarizə apardıq".
 
Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov deyib.
 
Ramiz Ələkbərov ölkədə 6 milyon insanın fövqəladə vəziyyətdə ərzaq çatışmazlığı ilə üzləşdiyini vurğulayıb.
 
BMT-nin məlumatına görə, 2023-cü ildə Əfqanıstan əhalisinin üçdə ikisinin (28 milyon nəfərdən çox) humanitar yardıma ehtiyacı olacaq.
 
Qeyd edək ki, 2021-ci il avqustun 15-də Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra beynəlxalq maliyyə yardımlarının kəsilməsi ölkə iqtisadiyyatına ciddi zərbə vurub.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 1-12-2022, 15:30