AZ   |   RU
Elon Mask “Apple” şirkəti ilə yaranan qarşıdurmanı həll edib

Tviterin rəhbəri Elon Mask proqramın “iPhone mağazasından çıxarılması" məsələsində “Apple” şirkəti ilə olan mübahisəni həll edib.

Missiya.Az
"The Guardian" nəşrinə istinadən xəbər verir ki, o, “Apple” şirkətinin rəhbəri Tim Kuk ilə söhbətdən sonra anlaşılmazlıq olduğunu öyrənib. Bildirilib ki, qurum heç vaxt Tviteri silməyi düşünməyib.

Mask öz sosial şəbəkə hesabından istifadə edərək “Apple”ın naməlum səbəblərə görə Tviteri sildiyini iddia etmişdi. “Tesla CEO”su daha sonra bunun platformanın moderasiya standartları ilə əlaqəli olduğunu demişdi,  eyni zamanda “Apple”-i tənqid edən bir sıra tvitlər də yazmışdı.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 1-12-2022, 15:08