AZ   |   RU
İrandakı etirazlar rejimin həqiqətən zəif olduğunu göstərdi- Netanyahu
“Nüvə anlaşması çox güman ki ki, artıq ölüb, çünki bütün dünya bu rejimin əsl üzünü gördü. Bu, bu şər, qatil və barbar rejimə qarşı küçələrə çıxan inanılmaz dərəcədə cəsur İran kişiləri və qadınlarının sayəsindədir”.

 Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, İsrailin keçmiş baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib ki, İranla nüvə razılaşması “çox güman ki, ölüb” və etirazlar İslam Respublikası rejiminin zəif olduğunu göstərdi.

“Düşünürəm ki, İran xalqı özünə sual verir ki, biz Amerikaya ölüm şüarı verən, kütləvi qırğın silahları və ballistik raketlər əldə etmək istəyən onları planetin istənilən yerinə atmasına çalışan Ayətullahları istəyirikmi? Və cavab, əlbəttə ki, yox”,-deyə Netanyahu əlavə edib.

Aqil Musa
Missiya.Az

  • 1-12-2022, 11:46