AZ   |   RU
Biz işğalçıların niyyətlərini təhlil edirik və əks tədbirlər hazırlayırıq- Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində müharibəni davam etdirən Rusiya ordusuna qarşı yeni tədbirlər hazırladıqlarını açıqlayıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Zelenski sosial media hesabından gündəlik videomüraciətində danışıb.

Bu gün təhlükəsizlik rəsmiləri ilə görüş keçirdiklərini və Ukraynadakı bütün cəbhə xəttlərində baş verənləri müzakirə etdiklərini bildirən Zelenski, "İşğalçıların niyyətlərini təhlil edirik və əks tədbirlər hazırlayırıq"-deyə bildirib.

Zelenski həmçinin Almaniya hökumətini Ukraynaya Patriot raketdən müdafiə sistemi göndərməyə çağırıb.

Digər tərəfdən Zelenski "New York Times" qəzetinin təşkil etdiyi "DealBook" sammitinə telekonfransla Ukraynada Rusiyaya qarşı davam edən müharibəni dəyərləndirib.

Çıxışında müharibənin sona çatması üçün lazım olan şərtlərə toxunan Zelenski, "Müharibə biz qalib gələndə və ya Rusiya Federasiyasının istədiyi zaman bitəcək. Rusiya bunu ancaq özünü zəif, təcrid olunmuş və ortağı olmadığı zaman etmək istəyə bilər. Gəlin inanaq ki, yaxın bir neçə ayda bitəcək”-ifadələrini işlədib. 

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 1-12-2022, 11:22