AZ   |   RU
NATO İrana xəbərdarlıq etdi

“Bir neçə ay ərzində Ukrayna savaşında Rusiyanın silah-sursatları tükənəcək. Rusiyanın Ukraynaya təcavüzündə İran və ya digər ölkələr Rusiyaya dron və ya digər silahlar verməməlidir.

 
Missiya.Az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansa daxil olan ölkələrin xarici işlər nazirlərinin iclasında İslam Respublikasına Rusiyaya pilotsuz təyyarələr və digər silahlar göndərməməklə bağlı xəbərdarlıq edib.

 Qeyd edək ki, bir müddət öncə İran mülki təyyarələrinin Rusiyaya silah və dron daşıması ilə bağlı məlumat sızdırılmışdı.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İranın Rusiyaya dron verdiyini, amma onlar çox az sayda və Ukrayna müharibəsindən xeyli əvvəl olduğunu bildirmişdir.

Aqil Musa
Missiya.Az


  • 1-12-2022, 10:58