AZ   |   RU
Britaniya rus vətəndaşlarına sanksiya tətbiq edir

Böyük Britaniya 22 Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Missiya.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qara siyahı"ya Rusiya Baş nazirinin müavini Denis Manturov, Federal Penitensiar Xidmətin direktoru Arkadiy Qostev, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova daxil edilib.

Rusiya regionlarındakı hərbi komissarlara qarşı da sanksiyalar tətbiq olunub.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 30-11-2022, 19:05