AZ   |   RU
Çində etirazlardan sonra pandemiya məhdudiyyətləri aradan qaldırılır

Çinin Quançjou şəhərində  keçirilən etirazlardan sonra Covid- 19 məhdudiyyətləri ləğv olunub.

Missiya.Az 
“The Guardian” nəşrinə istinadən xəbər verir ki, polis əməkdaşları ölkənin digər şəhərlərində də etirazçıları axtarır.
Çində davam edən bu hadisələrin fonunda  ABŞ və Kanada ölkəni sərt karantin rejiminə qarşı çıxan etirazçılara zərər verməməyə, onları qorxutmamağa çağırıb.

Həmçinin, Çinin Haizhu bölgəsində də təxminən 7 min Covid hadisəsi qeydə alınıb. Bölgədə son bir ay ərzində bir neçə etiraz aksiyası və polislə toqquşmalar baş vermişdi.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 30-11-2022, 17:35