AZ   |   RU
Əsəd rejimi 217 dəfə kimyəvi silahdan istifadə edib
 
Suriya İnsan Haqları Şəbəkəsi Suriyadakı vətəndaş müharibəsində 217 dəfə kimyəvi silah hücumuna əl atdığı bildirilən Bəşər Əsəd rejiminin mühakimə olunmasını istəyib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Suriyada mülki şəxslərə qarşı hüquq pozuntularını sənədləşdirən şəbəkə kimyəvi silah təhlükəsinə qarşı maarifləndirmə və qurbanların xatirəsini yad etmək üçün elan edilən "Kimyəvi Müharibə Qurbanları Günü" münasibətilə hesabat dərc edib.

Hesabatda Suriyada vətəndaş müharibəsi başlayandan sonra müxalifətin nəzarətində olan bölgələrdə Əsəd rejiminin həyata keçirdiyi kimyəvi silah hücumlarında həyatını itirənlərdən 1500-dən çoxunun şəxsiyyət məlumatlarının qeyd edildiyi vurğulanıb.

Əsəd rejiminin ordu birlikləri, təhlükəsizlik qüvvələri və bəzi kəşfiyyat bölmələrinin əməkdaşlığı ilə kimyəvi silah hücumları həyata keçirdiyi bildirilən hesabatda kimyəvi silahdan istifadə cinayətində əli olduğu aşkarlanan 387 nəfərin cəzalandırılması lazım olduğu vurğulanıb və Qərbin sanksiya siyahısına əlavə edilib.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 30-11-2022, 16:53