AZ   |   RU
İtaliyadan yeni Qərbi Balkanlar strategiyası

“Qərbi Balkanlarda Avropaya daha çox ehtiyac var”.

Missiya.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bəyan edib.

Tajani Rumıniyanın paytaxtı Buxarestdə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısına qatılıb.

NATO olaraq Qərbi Balkanlardakı bütün ölkələri və Ukraynanın qonşularını qorumaq məcburiyyətində olduqlarını ifadə edən Tajani, "Hazırda birlikdə işləmək vacibdir, çünki birlik ən vacib şeydir və Rusiyaya ölkələri müdafiə etməyə hazır olduğumuzun açıq bir mesajıdır”- deyə vurğulayıb.

Tajani səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə də görüşüb.

İtaliya Xarici İşlər Nazirliyinin Twitter hesabında paylaşılan yazıda, iki nazirin Ukraynadakı infrastrukturun dayanıqlığına diqqət yetirdikləri və İtaliyanın Mülki Müdafiəsi, eləcə də Ukraynanın müdafiəsi də daxil olmaqla dəstək məsələsini müzakirə etdikləri bildirilib. 

Tajani həmçinin "Twitter" hesabında İtaliyanın Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edən ədalətli sülh istədiyini bildirib.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 30-11-2022, 16:16