AZ   |   RU
Şoyqu Ukraynada qabaqcıl silahlardan istifadə etməyi təklif edib

"Yaradılan qabaqcıl silah sistemləri Ukraynada xüsusi hərbi əməliyyat çərçivəsində tətbiq edilməlidir".

Missiya.Az xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

“Modernləşdirməni və perspektivli sistemlərin yaradılmasını xüsusi hərbi əməliyyat zamanı istifadə etməyi davam etdirmək lazımdır”, - deyə Rusiya MN başçısı qeyd edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 30-11-2022, 15:25