AZ   |   RU
İrandakı iğtişaşlarda repressiyalar və ölüm faktları artmağa davam edir

İrandakı etirazların qadın fəallarından birinin cansız bədəni Kərəc şəhərindəki mənzilində tapılıb.

Missiya.Az
“Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Nəaminin ailəsi bildirir ki, hökumət qüvvələri Atefeni həbs edib basqılara məruz qaldıqdan sonra öldürərək guya intihar etdiyi görüntüsünü yaratmaq üçün 7 gün ərzində cansız bədənini evində qoyub gediblər

Atefenin ölümünün necə baş verməsi ilə bağlı məhkəmə ekspertizası hələlik dəqiq məlumat verməyib. 

Həmiçinin, İranda insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı da ciddi narahatlıqlar mövcuddur. 
Belə ki, Ərdəbil əyalətinin Muğan şəhərindən olan qadın hüquqlarının müdafiəçisi və ictimai fəal Pərisa Ciddini 3 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Muğan şəhər Məhkəməsi tərəfindən Pərisa Ciddi barəsində “hakimiyyətə qarşı təbliğat aparmaq” ittihamı irəli sürülüb.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 30-11-2022, 15:25