AZ   |   RU
İrandan Türkiyəyə Suriya mesajı- Bu əməliyyat problemi həll etməyəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
 
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İranın yarı rəsmi xəbər agentliyi “Tasnim”-in xəbərinə görə, Abdullahiyan Tehranın Türkiyənin Suriya ilə bağlı təhlükəsizlik narahatlıqlarını anladığını, lakin hərbi əməliyyatın problemi həll etməyəcəyi fikrində olduğunu bildirib.
 
Abdullahiyan həmçinin bəyan edib ki, İran Türkiyə ilə Suriya hökuməti arasında siyasi problemlərin həlli ilə bağlı danışıqları dəstəkləməyə hazırdır.
 
Aqil Musa
Missiya.Az
 

  • 30-11-2022, 14:55