AZ   |   RU
İsveç nümayəndə heyəti Ankaraya gəlir- Danışıqlarda irəliləyiş

Finlandiya və İsveç NATO-nun Türkiyə ilə danışıqlarında irəliləyiş olduğunu açıqlayıb.

 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Finlandiya xarici işlər naziri Pekka Haavisto və İsveç xarici işlər naziri Tobias Billström dünən Buxarestdə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqların konstruktiv və real ruhda keçdiyini bildiriblər.
 
Haavisto "Finlandiyanın əvvəllər razılaşdırılmış bir çox şərtləri yerinə yetirdiyi təsdiqləndi " deyib. 
 
Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərinin nə vaxt təsdiqlənəcəyi ilə bağlı dəqiq bir müddət vermədiyini bildirən Haavisto, danışıqların davam edəcəyini qeyd edib.
 
HəmçininTobias Billström bildirib ki, Türkiyə ilə danışıqlarda irəliləyiş əldə olunub.
 
Billström dünən keçirilən görüşü "çox yaxşı" adlandırıb və "Görüşdən sonra hər üç ölkə Madrid Anlaşma Memorandumu ilə bağlı irəliləyiş əldə olunduğunu bildiriblər " deyib.
 
Danışıqların davam edəcəyini vurğulayan Billström Türk həmkarı ilə görüşmək üçün Ankaraya gedəcəyini bildirib.
 
Aqil Musa
Missiya.Az
 

  • 30-11-2022, 14:12