AZ   |   RU
Avropa İttifaqı Rusiya üçün xüsusi məhkəmənin yaradılmasını tələb edir
Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ukraynadakı cinayətlərinin araşdırılması üçün “ixtisaslaşdırılmış məhkəmə” yaradılmasını təklif edib və Aİ-nin bu məsələdə beynəlxalq ictimaiyyətlə işləməyə hazır olduğunu bildirib.
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabından Rusiya və Ukraynadakı müharibə haqqında videomüraciətində bildirib.
 
Aİ Komissiyasının sədri Ursula fon der Leyen bildirib indiyədək 20 000 - dən çox dinc sakin və 100 000 - dən çox Ukrayna hərbçisinin öldürüldüyünün təxmin edildiyini diqqətə çatdırıb. 
 
Leyen beynəlxalq cinayət məhkəmələrini dəstəkləməyə davam edərkən, Rusiyanın təcavüz cinayətinin araşdırılması və mühakimə olunması üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən ixtisaslaşdırılmış tribunal yaradılmasını təklif edib.
 
Xatırladaq ki, Ukrayna bir müddətdir müharibənin başlamasına görə məsuliyyət daşıdığı rus əsgərlərinin və siyasi liderlərinin mühakimə olunması üçün xüsusi məhkəmənin yaradılmasını istəyir.
 
Aqil Musa
Missiya.Az

  • 30-11-2022, 13:55