AZ   |   RU
Rusiyadan NATO-ya patriot xəbərdarlığı
“Onlar silahlı qüvvələrimizin qanuni hədəfi olacaqlar”.

Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Ukraynaya Patriotların verilməsi ehtimalına reaksiya verərkən bildirib. 

Rusiya ilə müharibədə “daimi sülh” naminə Kiyevə hərbi dəstəyin davam etdirilməsini müdafiə edən Stoltenberq Patriot hava hücumundan müdafiə sistemlərinin verilməsini qiymətləndirdiklərini bildirib.

Medvedev Kiyevin NATO personalı ilə yanaşı “Patriot” sistemləri ilə də təmin ediləcəyi təqdirdə onların rus silahlı qüvvələrinin qanuni hədəfinə çevriləcəyini bildirib.
 
Bəyanatında NATO-nu hədəf alan Medvedev, "Sivil dünyanın bu təşkilata ehtiyacı yoxdur. O, bəşəriyyətə tövbə etməli və cinayət təşkilatı olaraq ləğv edilməlidir" deyə qeyd olunub.
 
Aqil Musa
Missiya.Az
 

  • 30-11-2022, 12:39