AZ   |   RU
Çində koronavirus məhdudiyyətlərinə reaksiyalar artır
Asiya ölkəsində karantin tətbiqləri ilə bağlı artan iğtişaşlar kəskin tədbirlərlə nəticələnib.
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə nümayişçilərin üz-üzə gəlməsi nəticəsində şiddətli toqquşmalar baş verib.
 
Noyabrın 24-də Urumçidə karantində olduğu iddia edilən mənzildə baş verən yanğında 10 nəfər həyatını itirib.
 
Baş verən bu yanğın hadisəsindən sonra ölkə daxilində həyata keçirilən tədbirlərə etirazlar universitet şəhərciklərinə də sirayət edib.
 
Yanğın baş verən mənzilin sakinlərinin karantin rejiminə görə evdən çıxa bilməməsi, yanğınsöndürənlərin isə metal sədlər və şlaqbaumlarla əhatə olunmuş əraziyə daxil ola bilmədiyi iddiaları yanğına vaxtında müdaxilə etməyi çətinləşdirib.
 
Çinin koronavirus tədbirlərinə qarşı Şanxay, Pekin və digər şəhərlərdə etirazçıların “Biz azadlıq istəyirik” və “Karantinə yox” şüarları ilə aksiyaları davam edir. 
 
Aqil Musa
Missiya.Az

  • 30-11-2022, 11:20