AZ   |   RU
İran ABŞ-dan FİFA-ya şikayət edib

İran İslam Respublikası Futbol Federasiyası ABŞ Futbol Federasiyasını FİFA-ya şikayət edib.
 
Missiya.Az
xəbər verir ki, bu barədə “Fars agentliyi” məlumat yayıb.

Bildirilib ki, şikayətə səbəb Amerika Federasiyasının sosial şəbəkələrdə İran bayrağının gerbsiz dərc edilməsi olub. Bununla da ABŞ insan haqları uğrunda mübarizə aparan iranlı qadınları dəstəkləmək istəyib.

Daha sonra isə Amerika Futbol Federasiyası postu İranın hazırkı bayrağı ilə əvəz edib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 28-11-2022, 17:54