AZ   |   RU
"Qazprom"dan Moldova qərarı

Qazprom Ukrayna üzərindən Moldovaya təbii qaz nəqlini azaltmamaq qərarına gəldiyini açıqlayıb.


Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Moldova tərəfinin qaz üçün lazımi ödənişi etdiyindən təbii qaz nəqlinin azaldılmamasına qərar verildiyi bildirilib.


Bəyanatda Moldovanın müqavilə öhdəliklərini tez-tez pozduğu və “Qazprom”un qaz nəqlini tamamilə dayandırmaq hüququnu özündə saxladığı vurğulanıb. 


Həmçinin noyabrın 22-də “Qazprom”un verdiyi açıqlamada Moldovaya göndərilən təbii qazın bir hissəsinin Ukraynada qaldığı, vəziyyətin belə davam edəcəyi təqdirdə noyabrın 28-dən etibarən Ukrayna üzərindən qaz nəqlinin azalacağı bildirilib. 


Aqil Musa 

Missiya.Az



  • 28-11-2022, 17:27