AZ   |   RU
Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüklə bağlı qanun layihəsi təsdiq edilib- İranın xarici işlər naziri

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İran parlamentində təsdiqlənən Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüklə bağlı qanun layihəsini İranın qətiyyətinin və ciddiliyinin göstəricisi kimi qiymətləndirib.


Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Abdullahiyan şəxsi tviter hesabından verdiyi açıqlamada mövzu ilə bağlı paylaşım edib. 


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sentyabrın 14-də Özbəkistanın Səmərqənd şəhərində İranın ŞƏT-ə tamhüquqlu üzvlüyü ilə bağlı öhdəlik sənədini təşkilatın baş katibi Canq Minqlə imzaladığını açıqlayıb. 


Xatırladaq ki,2005-ci ildə ŞƏT-ə müşahidəçi üzv kimi daxil olan İranın tamhüquqlu üzvlük prosesinə 2021-ci ilin sentyabrında start verilib.


Aqil Musa 

Missiya.Az



  • 28-11-2022, 17:09