AZ   |   RU
Türkiyə hərbi nəqliyyat təyyarələrini yeniləyir

Türkiyə Hərbi Hava Qüvvələrində yeni aviasiya vasitələrinin silahlanmaya qəbul edilməsindən əlavə inventarda mövcud olanların modernizə edilməsi işləri də davam etdirilir. 
 
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsi məlumat yayıb.
 
Artıq 11-ci hərbi-nəqliyyat təyyarəsi modernləşdirilib. 
 
Modernləşdirmə işləri Türkiyə Aviakosmik Sənayesi şirkəti (TUSAŞ) tərəfindən həyata keçirilir. 
 
Ümumilikdə 19 təyyarəni əhatə edən layihə çərçivəsində 11-ci təyyarə Hərbi Hava Qüvvələri Komandanlığının inventarında əməliyyat və logistik missiyalarda effektiv şəkildə istifadə olunmağa başlayıb. 
 
“Erciyes” layihəsi çərçivəsində yenilənən gecəgörmə və işıqlandırma sistemləri, çoxməqsədli kompüterlər, beynəlxalq naviqasiya ehtiyaclarına uyğun planlaşdırma sistemi hərbi nəqliyyat təyyarələrinə yeni imkanlar qazandırır.
 
Nəriman Sultanoğlu
Missiya.Az

  • 28-11-2022, 15:56