AZ   |   RU
Neft ucuzlaşmağa başlayıb

Çində koronavirusla bağlı tədbirlərin sərtləşdirilməsi və etirazlar neftə olan tələbatın azalması ilə bağlı ehtimallar yaradıb.

Missiya.Az
haberturk.com-a istinadla xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 2021-ci ilin dekabrından bəri ən aşağı həddə 81,05 dollara düşüb. Neftin qiymətinin gündəlik ucuzlaşması isə 2 faizi ötüb.

Məlumata görə, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində Covid-19 pandemiyası yenidən artdıqca, hökumət epidemiya ilə mübarizə üçün tədbirləri və karantin tədbirlərini gücləndirib. Bu vəziyyət ölkənin müxtəlif yerlərində etirazlara səbəb olub. Həm görülən tədbirlər, həm də etirazlar Çin iqtisadiyyatını tənəzzülə aparır.

Qeyd olunub ki, OPEC+ toplantısında neft qiymətlərinin gedişatını dəyişə biləcək inkişaf yaşana bilər. Dekabrın 4-də toplanacaq OPEC+ ölkələri son hadisələr fonunda hasilatı azaltmağa qərar verə bilər. İraqın dövlət agentliyi toplantıda son hadisələrin və bazar balansının müzakirə olunacağını bildirib.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 28-11-2022, 15:10