AZ   |   RU
Ərdoğan Tokayevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefonda danışıb.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Tokayevi Qazaxıstanda keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Seçki nəticələrinin dost və qardaş Qazaxıstan üçün xeyirli olmasını arzulayan Ərdoğan, iki ölkə arasında strateji tərəfdaşlığın yeni dövrdə güclənəcəyinə və dərinləşəcəyinə inandığını bildirib.

  • 21-11-2022, 19:01